
Super Liqada ilk turun üç oyunu təxirə salındı
- 05 Avq 2025 19:00
- 45
Türkiyə Super Liqasının 1-ci turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
"Fənərbağça" - "Alanyaspor", "Kayserispor" - "Beşiktaş" və "Karagümrük" - "Başakşəhər" qarşılaşmaları başqa tarixdə keçiriləcək.
"Fənərbağça" UEFA Çempionlar Liqasının, "Beşiktaş" ilə "Başakşəhər" isə Konfrans Liqasının təsnifat mərhələsində çıxış edirlər.