Türkiyənin “Dənizlispor" klubu baş məşqçisi Bülent Uyğunla yollarını ayırıb. 

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 49 yaşlı mütəxəsislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, "Dənizlispor" Super Liqada 30 oyundan sonra 32 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. Bülent Uyğun bu ilin fevralından sözügedən komandanı çalışdırırdı.