Latviyalı ilə müqavilə niyə 6 ay+2 il bağlanıb?
- 20:00
- 30
Məlum olduğu kimi, Ervins Perkons “İmişli”nin baş məşqçisi təyin olunub.
Rekord.az xəbər verir ki, bir müddətdir komandada müvəqqəti olaraq baş məşqçinin vəzifələrini icra edən Perkonsla 6 ay + 2 il müddətinə müqavilə imzalanıb.
Müqavilədə "+" olması "İmişli" rəhbərliyinin istəyi ilə olub. Belə ki, 6 ay latviyalı üçün sınaq dövrü olacaq. Əgər nəticələr mövsümün sonunda rəhbərliyi qane etsə, +2 il qüvvəyə minəcək. Əks halda, yollar ayrılacaq.