"Zəngəzur" "İstanbul"a da uduzdu
- 18:30
- 26
Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ikinci matçını keçirib.
Rekord.az xəbər verir ki, 7-ci qrupda yer alan komanda II turda Türkiyənin "İstanbul" kollektivi ilə üz-üzə gəlib.
Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
"Zəngəzur" 1-ci turda Polşanın "Dolnoşlyonski" komandasına 0:12 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi qrupda sonuncu matçını noyabrın 27-də Rumıniyanın "The Carpathians" klubuna qarşı keçirəcək.