“Barselona” ilə oyunda yüz faizdən artığını edəcəyik” – Rahmonaliyev
- 19:00
- 29
“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də “Barselona”nı qəbul edəcək.
Rekord.az xəbər verir ki, oyundan əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
Konfransda komandanın özbəkistanlı yarımmüdafiəçisi Umarali Rahmonaliyev də fikirlərini bölüşüb:
“Bura gələn özbəkləri görürəm. Bilirəm ki, mənə görə gəliblər. Mənim üçün çox xoşdur. İnşallah, sabah yüz faizdən artığını edəcəyik”.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.