"Barselona" komandası 45 ildən sonra İspaniya çempionatındakı antirekordunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin La Liqanın 13-cü turunda "Vilyarreal"ı məğlub etdiyi oyunda reallaşıb.


Hazırkı ölkə çempionu matçın ilk yeddi dəqiqəsi ərzində qapısından iki qol buraxıb.


Beləliklə, "Barselona" 1981-ci ilin noyabrında "Real Saraqosa" ilə keçirilən qarşılaşmadan sonra ilk dəfə çempionat görüşündə bu halla üzləşib.


Xatırladaq ki, oyun "Barselona"nın 3:2 hesablı qələbəsi ilə bitib. Kataloniya klubu hazırda 36 xalla turnir cədvəlinin lideridir.