"Kəpəz" həftəsonu Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Sumqayıt"ın qonağı olacaq.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi bu oyunda qapıçı Orxan Sadıqlının xidmətindən istifadə edə bilməyəcək.

"Turan Tovuz"la oyunda birbaşa qırmızı vərəqə alan qapıçının cəzası bu turda da davam edəcək.