
“Sumqayıt”ın “Təlim Qrup”u doğma evinə döndü
- 03 Mar 2023 10:30
- 413
“Sumqayıt” Futbol Akademiyasının nəzdində olan və 4-8 yaşlı uşaqlardan təşkil olunan “Təməl qrup”u martın 1-dən etibarən yenidən doğma “Kapital Bank Arena”ya dönüb.
Rekord.az xəbər verir ki, qrup uşaqları həftədə 3 dəfə olmaqla məşqlərini davam etdirəcək.
Qeyd edək ki, qış mövsümü ilə əlaqədar olaraq, komanda bir neçə ay idi ki, məşqlərini qapalı məkanda, Sumqayıt Olimpiya İdman Kompleksinin idman zalında keçirdi.