“Sumqayıt”ın sabiq hücumçusu Ermənistan klubuna keçdi
- 14:00
- 29
“Sumqayıt”ın sabiq hücumçusu Momo Yansane Ermənistanda oynayacaq.
Rekord.az xəbər verir ki, qvineyalı forvard “Pünik”lə anlaşıb.
28 yaşlı futbolçu “Omoniya”dan (Aradipu) ayrılaraq İrəvan klubu ilə 6 ay+1 illik müqavilə imzalayıb.
Yansane ötən il “Sumqayıt”ın heyətində 14 matç keçirib və 1 qol vurub.