"Sumqayıt"ın "Turan Tovuz"da çıxış edən Ayxan Hüseynovun xidmətində maraqlı olduğu haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, Sumqayıt təmsilçisi "Zenit"in yetirməsini mövsümün sonunda Sumqayıta gətirmək istəyir.

Əldə etdiyimiz məlumata görə, Sumqayıt təmsilçisinin prezidenti Riad Rəfiyev Ayxanı "Sumqayıt"a gəlməyə razı salmaq üçün milli kartından da istifadə edib. Hər kəs bilir ki, "Sumqayıt"ın prezidenti postunu tutmasına baxmayaraq, Rəfiyev eyni zamanda menecer kimi fəaliyyət göstərir, şəxsi şirkətindən əlavə AFFA ilə də sıx əməkdaşlıq edir, ölkə xaricində oynayan Azərbaycana bağlı futbolçuların milliyə gəlişi üçün danışıqlar aparan əsas şəxsdir. Rəfiyev Ayxan Hüseynovu da bu vasitə ilə "Sumqayıt"a aparmaq istəyir. Hətta deyilənə görə, Rəfiyev Ayxana deyib ki, "Sumqayıt"a gələcəyi halda ona Azərbaycan pasportu veriləcək və milliyə cəlb olunacaq.

Qeyd edək ki, 24 yaşlı Ayxan Rusiya vətəndaşıdır və hazırda "Turan Tovuz"da legioner kimi çıxış edir.