AFFA xaricdə yaşayan azərbaycanlı futbolçularla bağlı məlumat bazası yaradır
- 21:31
- 26
AFFA xaricdə yaşayan və futbol oynayan azərbaycanlı futbolçularla bağlı məlumat bazasının yaradılması istiqamətində işə başlayıb.
Rekord.az AFFA-ya isstinadən xəbər verir ki, məqsəd 2006-2015-ci il təvəllüdlü, əsasən Avropada yaşayan azərbaycanlı futbolçular barədə məlumat toplamaq, onların futbol karyerasını izləmək və perspektivli oyunçularla əlaqə yaratmaqdır.
AFFA-nın Futbolun İnkişafı Departamenti vasitəsilə toplanacaq məlumatlara futbolçuların yaşı, yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, eləcə də daha əvvəl regional, əyalət, milli və ya seçmə komandalara dəvət alıb-almadığı barədə məlumatlar daxildir.
Federasiyanın bu addımı xaricdə yaşayan azərbaycanlı futbolçuların müəyyənləşdirilməsi, onların inkişafının yaxından izlənilməsi və gələcək layihələrə cəlb olunması məqsədi daşıyır.