"Fənərbaxça" futbolçusunu Rusiya klubuna icarəyə verdi
- 09 Sen 2026 22:00
- 190
Türkiyənin "Fənərbaxça" klubu müdafiəçisi Rodriqo Bekaonu Rusiyanın "Rodina" komandasına icarəyə verib.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı oyunçunun icarə müddəti cari mövsümün sonuna qədər olacaq.
Rodriqo Bekao son olaraq icarə əsasında "Kasımpaşa"da çıxış edib.