Azərbaycan millisi Moldovaya məğlub oldu
- 18:20
- 32
17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirində ev sahiblərinin U-18 komandası ilə qarşılaşıb.
Bu barədə Rekord.az-a AFFA-dan məlumat verilib.
Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da təşkil olunan qarşılaşma Moldovanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovanın U-17 komandasına 0:2 hesabı ilə uduzub. Komanda sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək.