Böyüklər, gənclər və yeniyetmələr arasında cüdonun kata növü üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.

Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Dekabrın 6-da Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə böyüklər bütün kata kateqoriyalarında, gənclər və yeniyetmələr isə "Nage-no-kata" və "Katame-no-kata" üzrə çıxış edəcəklər.

Cütlər kişi–kişi, qadın–qadın və ya kişi–qadın tərkibində formalaşdırıla bilər.