"Qəbələ" ilə matçda zədələnərək meydançanı yarımçıq tərk edən "Sumqayıt"ın futbolçusu Roi Kehatın durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, israilli futbolçunun axil vətəri qırılıb və əməliyyat olunacaq.

Bu isə o deməkdir ki, Kehat üçün mövsüm bitdi.