"Sumqayıt"ın sabiq futbolçusu Alan Dias Qazaxıstan klubuna transfer olunub.


Rekord.az xəbər verir ki, braziliyalı müdafiəçi "Ordabaşı" ilə anlaşıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


26 yaşlı futbolçu 2024-cü ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.