
“Sumqayıt”dan Türkiyə klubu ilə məhsuldar heç-heçə
- 20 İyl 2022 20:00
- 439
2022/23 mövsümünə hazırlığını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” qardaş ölkədə ilk yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri Türkiyə 1-ci Liqa təmsilçisi “Bandırmaspor”la üz-üzə gəlib.
Boluda baş tutan qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə isə komandalar hərəyə 2 dəfə fərqləniblər. Yekunda matç 2:2 hesabıyla başa çatıb.