Rəşad Sadıqovun istəyi ilə "Zirə"nin əsas heyətindən kənarlaşdırılan və transferə çıxarılan İlkin Muradovla "Sumqayıt"ın maraqlanması haqda məlumatlar dolaşır. 

Rekord.az yayılan söhbətlərin nə dərəcədə həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün "Sumqayıt"la əlaqə saxladı.

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında məlumatı təkzib etdi: "Gələcəkdə bəlkə də nələrsə ola bilər. Amma hazırkı dönəmdə həmin mövqeydə bizim kifayət qədər futbolçumuz var. Buna görə də İlkin Muradovun adı, ümumiyyətlə, bizim transfer siyahımızda yoxdur".