2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunun keçidini həyata keçirib.

Rekord.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Braziliyanın aşağı liqa təmsilçiləri – “Rolandia”, “Atletiko Asisense” və PSTC klublarında çıxış etmiş hücumçu Ouro-Nil Ture ilə 1+1 illik müqavilə imzalayıb.

23 yaşlı toqolu futbolçu yeni komandasında “70” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, bu mövsümdən etibarən "Sumqayıt" klubu strategiyasını dəyişərək, legioner futbolçu transfer etməyə başlayıb.