
“Sumqayıt”dan ayrılan futbolçu ölkəsinə qayıtdı
- 28 İyl 2025 21:00
- 48
"Sumqayıt"ın futbolçusu Giorgi Karaişvili ölkəsi Gürcüstana qayıdıb.
Rekord.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Dinamo"ya (Tiflis) keçib.
Gürcüstanlı futbolçu ötən ilin sentyabrında "Sumqayıt"a transfer olunmuşdu. Onun Sumqayıt təmsilçisi ilə müqaviləsinin müddəti "1+2" illik idi.
Yarımmüdafiəçi "Sumqayıt"ın heyətində meydana çıxdığı 21 oyunda 1 qol vurub.