
“Sumqayıt”da yeni təyinat
- 06 Avq 2022 21:15
- 535
"Sumqayıt" Futbol Klubunun idman direktoru postuna təyinat gerçəkləşib.
Rekord.az xəbər verir ki, adıçəkilən vəzifəni bir müddətdir müvəqqəti yerinə yetirən Faiq Hacı-Məhərrəmov icra edəcək.
Faiq Hacı-Məhərrəmov 2011-ci ildən etibarən "Sumqayıt"da çalışır. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib.