2022/23 mövsümündə Birinci Divizionda çıxış edəcək “Sumqayıt-2”-nin baş məşqçisi postuna təyinat gerçəkləşib.

Rekord.az xəbər verir ki, qarşıdakı mövsümdə həmin vəzifəni Vüqar Quliyev icra edəcək.

2014-cü ildən “Sumqayıt”ın akademiyasında müxtəlif yaş qruplarında fəaliyyət göstərmiş mütəxəssis ötən mövsüm U-17 komandasını çalışdırıb.