
“Sumqayıt”da serbiyalı müdafiəçi
- 16 İyl 2022 20:00
- 527
2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunu heyətinə cəlb edib.
Rekord.az xəbər verir ki, sözügedən klub Serbiya U-21 millisinin üzvü Damyan Daniçiçi transfer edib.
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan transfer olunmuş 22 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
"Srvena Zvezda" klubunun yetirməsi olan Daniçiç karyerası ərzində, həmçinin Serbiyanın "Qrafiçar", "Vozdovats", Xorvatiyanın "İstra" və "Varazdin" klublarında çıxış edib.