
“Sumqayıt”da serbiyalı futbolçu
- 29 İyl 2025 22:00
- 51
"Sumqayıt" yeni transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Serbiyanın U-21 millisində çıxış etmiş hücumameyilli yarımmüdafiəçi Nikola Ninkoviçi sıralarına cəlb edib.
30 yaşlı oyunçu karyerası ərzində İtaliyada "Cenoa", "Kyevo", "Empoli", "Askoli" və "Breşia" klublarının formasını geyinib. Onun sonuncu iş yeri ölkəsinin "Tekstilaç" klubu olub.