Xalqımızın mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı Sumqayıtda böyük təntənə ilə qeyd olunub.

Rekord.az xəbər verir ki, “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, idarə, müəssisə və təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

Tədbirdə şəhər idmançıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb.