
"Sumqayıt" yenidən bilet satışı haqda düşünür
- 16 Avq 2022 14:00
- 553
II turun "Sumqayıt" - "Qarabağ" matçında böyük ajiotaj yaşandı.
Rekord.az xəbər verir ki, Sumqayıtdakı oyuna xeyli azarkeş gəlmişdi.
Bütün tribunalar və əks tərəfdəki hasarların da önü tutulduğundan polislər stadionun giriş qapısını azarkeşlərin üzünə bağlamalı oldu. Sumqayıt futbol şəhəri olduğundan, üstəlik, rəqib də "Qarabağ" olunca, bu cür ajiotajın yaşanması normaldı. Üstəlik, 1300 nəfərlik stadiona da giriş da pulsuz idi. Lakin ola bilsin ki, növbəti oyunda da analoji ajiotaj yaransa, "Sumqayıt" rəhbərliyi bilet satışı haqda düşünə bilər. Daha doğrusu, böyük ehtimal bilet satışı həyata keçiriləcək. Çünki ötən mövsümdə də analoji səbəbdən bilet satışına qərar verilmişdi. Sonradan rəhbərlik qərarı ləğv etməyi məqsədəuyöun saydı.