“Sumqayıt” 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini gerçəkləşdirib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi müqavilə ilə Ukraynanın “Polissya” klubuna məxsus olan Danilo Beskorovaynını mövsümün sonuna qədər icarəyə götürüb.


26 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”ın heyətində 33 nömrəli formada çıxış edəcək.


Qeyd edək ki, Danilo Beskorovaynı karyerası ərzində “Polissya” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.