"Turan Tovuz"un heyətində özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də Ayxan Hüseynovdur.

Rekord.az xəbər verir ki, artıq onun xidmətində maraqlı olan klublar var.

Bu klublar arasında "Sumqayıt" daha israrlı görünür. Əldə ediyimiz məlumata görə, Sumqayıt təmsilçisi Ayxanla əlaqə də qurub. Lakin futbolçu özü gələcəyi ilə bağlı qərar verməyə tələsmir.