Mehdi Hüseynzasdə adına Sumqayıt şəhər stadionundan yeni xəbərimiz var.

Rekord.az xəbər verir ki, arenada tamamlanma işləri yüksək sürətlə davam edir.

Hazırda tribunaların rənglənməsi və oturacaqların quraşdırılmasına hazırlıq gedir. Eyni zamanda qazonun hazırlanması prosesinə də start verilib. Arenanın fasad örtüyünün yarısı vurulub qurtarıb. İnzibati binadakı otaqlar, eləcə də soyunub-geyinmə otaqları tam hazırdır və avadanlıqların gəlişini gözləyir. Yaxın günlərdə işıqlandırma sistemi və tablo da quraşdırılacaq. İşlərə sentyabrda yekun vurulacağı deyilsə də, sonradan bu tarix bir ay müddətinə uzadılıb. 16 minlik yeni stadionun oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır.