Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda tamamlanma işlərinə fevral ayında start veriləcəyi gözlənilsə də, bu, yenə baş vermədi.

Rekord.az xəbər verir ki, artıq mart ayı daxil olsa da arenada sakitlik hökm sürür.

Əldə etdiyimiz məlumata görə, işlərin tamamlanması üçün tələb olunan yekun məbləğin köçürülməsi iqtisadiyyat nazirliyinin qərarından asılıdır. Son smeta hesabatını hazırlayan sözügedən nazirlik yekun qərarını verib hökumətə müraciət etməlidir ki, vəsaitin ayrılmasına dair əmr verilsin.