"Sumqayıt" Ramalinqomi cəzalandıracaq?
- 11:00
- 41
"Araz Naxçıvan"la oyunda rəqibini vurduğu üçün meydançadan qovulan və buna görə AFFA İK tərəfindən 3 oyunlyq cəzalandırılan "Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqom komandasını da pis vəziyyətdə qoyub.
Rekord.az bu məsuliyyətizliyinə görə klub tərəfindən ona hansısa cəzanın verilib-verilməyəcəyi ilə maraqlandıq.
"Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev sualımıza belə cavab verdi: "Cəza məsələləri klubun daxii işidir, bunu mətbuata açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, Ramalinqomla bununla bağlı maarifləndirici söhbət aparılıb".