Azərbaycan Basketbol Liqasında 14-cü tura start verilib.


Rekord.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.


Səfərdə "Ordu" kollektivi ilə qarşılaşan "Sumqayıt" 100:96 hesablı qələbə qazanıb. Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub.


Tura yanvarın 25-də yekun vurulacaq.