"Neftçi"nin "Sumqayıt"ın və Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdi ilə maraqlaması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, məsələ yenə də aktualdı.

İş ondadır ki, Sumqayıt təmsilçisi də müdafiəçisini satmaqda maraqlıdır. Üstəlik, hazırda belə imkan yaranıbsa. Çünki Höccətin "Sumqayıt"la müqaviləsi 2023-cü ildə başa çatacaq. Yəni gələn yay. Əgər bu il sata bilməsə, gələn il futbolçu azad agent kimi istənilən kluba keçə biləcək və "Sumqayıt" da bundan qazanc götürə bilməyəcək. Buna görə də rəhbərlik iranlı müdafiəçini yayda satmağın əlehinə deyil. Sadəcə, bunu yaxşı qazanc qarşılığında etmək istəyir. 

Qeyd edək ki, "Sumqayıt" ötəm yay Xəyal Nəcəfovu "Neftçi"yə 100 min manat müqabilində satmışdı.