
"Sumqayıt" - "Neftçi" matçında insident
- 04 May 2022 22:49
- 589
Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən "Sumqayıt" - "Neftçi" oyununda xoşagəlməz hal yaşanıb. Rekord.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsinin ortalarında "gənclik şəhəri" təmsilçisinin azarkeşi AFFA nümayəndəsi Babək Quliyevə yaxınlaşaraq baş hakim Kamal Umudlu haqqında çox sərt etiraz edib. Bu etiraza yerli azarkeşlər də dəstək olublar. Hadisənin böyüməsinə isə polislər imkan verməyiblər.