
“Sumqayıt” - “Kəpəz” matçının vaxtı və məkanı açıqlandı
- 13 İyl 2022 16:44
- 448
Yeni mövsüm üçün hazırlığı davam etdirən “Sumqayıt” FK təlim-məşq toplanışının ilk mərhələsi çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, sözügedən komanda yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz”lə üz-üzə gələcək.
14 iyulda “Kapital Bank Arena”nın təbii örtüklü köməkçi meydançasında keçiriləcək oyuna saat 18:00-da start veriləcək.