“Sumqayıt” əsasnamənin tələblərini pozduğuna görə cərimələndi
- 25 May 2023 15:00
- 294
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda I Divizionun sonuncu - XXX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Mingəçevir” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail-2” komandası 80 manat cərimə edilib.
MOİK – “Neftçi-2” oyununda MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə MOİK klubu 80 manat cərimə edilib.
“Sumqayıt-2” – “Kəpəz-2” oyununda əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilib.