Xəbər verdiyimiz kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu sentyabrda istifadəyə veriləcək.

Lakin Rekord.az xəbər verir ki, “Sumqayıt” yeni mövsümdə ev oyunlarını yeni arenada keçirməyə bilər.

İş ondadır ki, klublar mövsümün startına kimi PFL-ə təqdim etdikləri sifariş ərizəsinə yeni mövsüm üçün ev oyunları üçün nəzərdə tutduqları iki stadionun da adını daxil etməlidir. Sumqayıt stadionu isə sentyabrda təhvil veriləcəyi üçün onun adının avqusta təqdim olunan sifariş ərizəsinə daxil edilməsi faktiki mümkün deyil. Çünki ərizəyə yalnız hazır stadionların adı daxil edilməlidir. Lakin ehtima var ki, mövsümün gedişində, yaxud qışda “Sumqayıt” məsələ ilə bağlı PFL-ə müraciət etsin. Sözügedən qurum Sumqayıt təmsilçisinin istəyinə necə yanaşacaq, bunu zaman göstərəcək.