
“Sumqayıt” “Bandırmaspor”la qarşılaşacaq
- 19 İyl 2022 20:30
- 426
2022/23 mövsümünə hazırlığını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" FK qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri Türkiyə 1-ci Liqa təmsilçisi "Bandırmaspor"la üz-üzə gələcək.
20 iyulda Boluda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.