
"Sumqayıt" 4 legioneri baxışdan keçirir
- 09 İyl 2022 22:03
- 620
Bu gün yoxlama görüşündə "Sabah"la üz-üzə gələn "Sumqayıt" rəqibini 2:1 hesabı ilə məğlub etdi.
Rekord.az xəbər verir ki, bu oyunda Sumqayıt təmsilçisi baxışda olan dörd legioneri sınaqdan çıxardı.
Həmin futbolçular seneqalı Ali Ture, qazaxıstanlı Rıfat Mirməhəmmədov, moldovalı Aleksandr Belausov və türk əsilli Rami Tekindir. Baş məşqçi Aleksey Baqa yaxın 3-4 gün ərzində bu futbolçularla bağlı qərarını verəcək.