Misli Premyer Liqasının 30-cu turu çərçivəsində "Şamaxı"da yerli komandanın qonağı olacaq "Sumqayıt" bu oyuna itki ilə çıxacaq.

Rekord.az xəbər verir ki, komandanın vitse-kapitanı Vüqar Mustafayev bu qarşılaşmada forma geyinməyəcək.

Buna səbəb futbolçunun 28-ci turda "Turan Tovuz"la oyunda aldığı birbaşa qırmızı vərəqədir. Ötən tur "Neftçi" ilə oyunu buraxan Mustafaev bu qarşılaşmada da forma geyinə bilməyəcək.