
Suma “Zirə”dən ayrıldı
- 22 İyl 2025 19:20
- 57
Salifu Suma "Zirə"dən ayrılıb.
Rekord.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında bildirib.
"O, bu gün bizimlə sağollaşdı və yeni klubuna yollandı. Sumanın oyunlarını izləyəcəyik. Ona yeni klubunda uğurlar arzulayırıq. Yeni komandasının adını isə çəkmək istəmirəm. Tam olaraq rəsmiləşəndən sonra hər kəs biləcək", - deyə R.Sadıqov söyləyib.
"Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da 8-ci km stadionunda baş tutacaq. Cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.