Süleyman Ələkbərovdan Qazaxıstanda bürünc medal
- 14:40
- 30
Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyası məlumat yayıb.
Şose velosipedi üzrə U-23 yığma komandasının üzvü Qazaxıstanın Almatı şəhərində keçirilən "Road Race 2026" yarışında iştirak edib.
130 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 25 km-lik fərdi ötüşmə növündə bürünc medala sahib çıxıb.