Şükürov “Sabah”a məğlubiyyəti şərh etdi
- 03 Dek 2023 18:20
- 258
"Kəpəz"in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Azarkeşlərimizə təşəkkür edirəm, 90 dəqiqə komandanı dəstəklədilər. İstəyirik ki, daha böyük addımlar ataq. Amma hazırda bu, alınan iş deyil. Müəyyən vaxt lazımdır. Bəzi məslələrdə irəliləyiş var. Komandaya aqresivlkiyi gətirmişik. Sonluq çatışmır. Bunu da aradan qaldırmağa çalışacağıq. Komanda hücumda olursa, müdafiə də onu sığortalayır. Bəli, bəsit qollar buraxdıq. Biz qol vurmalı idik, rəqib vurdu. Həmin anlarda komanadada konsentrasiya itdi.
Vurğun Hüseynov və ehtiyatda qalan digərləri güvəndiyimiz futbolçulardır. Hər kəsə şans verməyə çalışırıq. Vurğun təcrübəli futbolçudur. Üç gündən bir oynamaq onun üçün çətin olar. Bu gün hücumda olub qollar vurmaq istəyirdik. Mate Kvirkviya və Junior Martins kubok matçında da oynamışdılar. Qarşıda "Qəbələ" ilə oyunumuz var. Buna görə də onları əvəzlədik”.