"Ştutqart"dan "Paderborn"a
- 21:00
- 38
Almaniyanın "Paderborn" klubu Bundesliqanın digər təmsilçisi "Ştutqart"ın yarımmüdafiəçisi Laurin Ulrixi heyətinə cəlb edib.
Rekord.az kluba istinadən xəbər verir ki, 21 yaşlı futbolçu 2026/2027 mövsümünün sonunadək icarəyə götürülüb.
Yarımmüdafiəçinin "Ştutqart"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, L.Ulrix "Ştutqart"ın ikinci komandasında keçirdiyi 41 oyunda 6 qol vurub və 17 məhsuldar ötürmə edib. O, daha əvvəl icarə əsasında "Maqdeburq"da da çıxış edib.