Almaniyanın “Ştutqart” klubu baş məşqçi Pelleqrino Mataratso ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın uğursuz nəticələri səbəb olub. “Ştutqart” bu mövsüm elitada qələbə qazana bilməyən yeganə komandadır. 5 heç-heçə sayəsində cəmi 5 xalı olan bu komanda 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Mataratso 2019-cu ilin dekabrından “Ştutqart”a rəhbərlik edirdi. ABŞ-dan olan 44 yaşlı mütəxəssis daha öncə “Nürnberq”in ikinci komandasında köməkçi məşqçi kimi çalışıb.