Şotlandiya millisi bundan sonra Sebastyan Pokonyolinin rəhbərliyi altında çıxış edəcək.

Rekord.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyası məlumat yayıb.

39 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Pokonyoli bu vəzifədə Stiv Klarkı əvəz edib. O, komandanı Millətlər Liqasına hazırlayacaq.

Sabiq sol cinah müdafiəçisi olan Pokonyoli karyerası ərzində "Vest Bromviç" və "Brayton" kimi klublarda çıxış edib. O, Şotlandiya millisinin tarixində Almaniya yığmasının sabiq çalışdırıcısı Berti Foqtsdan sonra ikinci əcnəbi baş məşqçi olub.