“Sona kimi mübarizə aparacağıq” - Sxadadze
- 2024-03-03 19:00
- 207
"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, gürcü mütəxəssis 2:3 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
“Nə deyə bilərəm? Əhvalım yaxşı deyil. Oyuna çox gözəl başladıq. Qırmızı vərəqə planlarımızı korladı. Rəqib standart vəziyyətlərdən istifadə etdi. Bundan başqa qol imkanları yox idi. "Qarabağ"la oyunun ilk hissəsində çox yaxşı çıxış etdik. Bu gün onun 10 qatını bacardıq. Nələrisə dəyişməyə çalışırıq. Sonradan oyuna girənlər keyfiyyət göstərmədilər. Ümumiyyətlə bəzi futbolçularımızın keyfiyyəti aşağıdır. Bunu demək istəmirdim. Amma məcburam. "Qarabağ"la matçda Fares rəqibə o cür müdaxilə etməməli idi. Bugünkü qırmızı vərəqə texniki səhvin nəticəsində oldu. Dəyişmək istədiyimiz çox şey var. Bu gün cinah müdafiəçilərini dəyişdik. Onların hansı vəziyyətdə olduğunu gördünüz. Asif Məmmədovun yaşı çox olduğu üçün ona istirahət verdik. Ehtiyat oyunçular skamyasında olanların performansından məmnun deyiləm. Nə qədər ki, şans var, sona kimi mübarizə aparacağıq”.