Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov çıxış etdiyi “Ersgebirge”də 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nazarov ənənəvi azarkeş sorğusunda 1-ci olub.

O, 719 səs toplayıb və 55,9 faizlə qalib gəlib. 

“Ersgebirge” yeni mövsümdə Almaniyanın 3-cü liqasında mübarizə aparacaq.