
Son Hın Min rəsmən ABŞ klubunda
- 18:41
- 40
ABŞ-ın "Los Anceles” klubu "Tottenhem"dən ayrılan Son Hın Minin transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Müqavilənin müddətini əvvəlcə 2028-ci ilin sonuna, sonra isə 2029-cu ilin ortalarına qədər uzatmaq variantları var.
Hücumçu 2015-ci ildən "Tottenhem"də oynayırdı. O, klubla cəmi bir kubok - 2025-ci il Avropa Liqasını qazanıb.