
ŞOK: Abramoviç "Çelsi"ni satır?
- 26 Fev 2022 10:30
- 492
Rusiyalı milyarder Roman Abramoviç təcili olaraq “Çelsi”ni satır.
Rekord.az xəbər verir ki, bu iddia ilə “Bloomberg” çıxış edib.
Nəşr klubun satılması üçün sənədlər üzərində işləyən hüquqşünaslara istinad edib.
Abramoviç hələ Böyük Britaniyanın sanksiyalar siyahısında olmasa da, özünü potensial təhlükədən sığortalamağa çalışır.
Klub nümayəndələri və milyarder bu məlumatı şərh etməkdən imtina ediblər.